Zelenski Trampla vacib söhbət aparacaq

20.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda görüşmək barədə razılıq əldə etdiklərini bildirib.
Bizim.Media xəbər verir ki,  Zelenski Trampla "vacib söhbət" apardıqlarını və geniş spektrli məsələləri müzakirə etdiklərini qeyd edib:
“Razılaşdıq ki, Nyu-Yorkda görüşəcəyik və bu görüş çox şeyi dəyişə bilər”.
Ukrayna lideri Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərinə görə minnətdarlığını bildirib. Sülh prosesinin bir nömrəli prioritet olduğu vurğulanıb.
Tərəflər deeskalasiya addımları, eləcə də enerji, ərzaq təhlükəsizliyi və insanların müdafiəsi məsələlərini müzakirə ediblər. Zelenski həmçinin Lindsi Qrem qanununun imzalanmasına görə ABŞ tərəfinə təşəkkür edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью