Zelenski Trumpla görüşəcək

19.03.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trumpla görüşəcək.


Sfera.az "NTV"yə istinadən xəbər verir ki, bu haqda məlumatı Zelenskinin özü açıqlayıb. 


Ukrayna prezidenti Finlandiyada keçirilən mətbuat konfransında deyib ki, bu gün Prezident Trump ilə əlaqə saxlayacaq və növbəti addımları müzakirə edəcəklər. 
Zelenski atəşkəsin həyata keçiriləcəyinə ümid etdiyini söyləyib:

"Rusiya Prezidenti Vladimir Putin enerji obyektlərinə hücumlarını dayandıracağına dair verdiyi sözlərə əməl etmir. Reallıqla sözlər ziddiyyət təşkil edir". 

Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью