Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Burhanəddin Duran bildirib ki, Ərdoğan və Zelenski arasında keçirilən görüşlərdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımlar, eləcə də Rusiya-Ukrayna münaqişəsi və Qara dənizdəki təhlükəsizlik vəziyyəti də daxil olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Zelenski isə səfəri ilə bağlı yazıb: "Biz xalqımızın müdafiəsini, Türkiyə ilə dövlətlərarası tərəfdaşlığı və real diplomatik perspektivləri gücləndirmək üçün çalışırıq. Qara dənizdə gəmiçiliklə bağlı vacib məsələlər var.
Zelenski Türkiyədə həmçinin Ekumenik Patriarx Varfolomey (İstanbul Rum Ortodoks Patrikliyinin 270-ci patriarxı və başpiskoposu) ilə görüşəcək.
Xatırladaq ki, oktyabrın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kreml lideri Vladimir Putinlə telefon danışığı aparıb və telefon danışığı zamanı Qara dənizdə təhlükəsizlik məsələləri müzakirə olunub.
Mürtəza