Zelenski: “Türkiyədə mühüm danışıqlar keçiriləcək” Video

31.10.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə mühüm danışıqların keçiriləcəyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri videomüraciətində danışıb.
O, həmçinin hava hücumundan müdafiə sistemlərinin tədarükü və F-16 qırıcıları üçün sursat təminatı ilə bağlı yeni qərarların hazırlanmaqda olduğunu bildirib.

“Biz hava hücumundan müdafiə sistemləri və F-16-lar üçün sursat məsələlərində bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdiririk. Yaxın vaxtlarda yeni qərarlar hazırlayacağıq. Həqiqətən kömək edən hər kəsə təşəkkür edirəm. Türkiyədə mühüm danışıqlar keçiriləcək. Həmçinin bütün mövcud diplomatik imkanların reallaşdırılması üzərində işləyirik”, – deyə Zelenski bildirib.

Ukrayna lideri Türkiyədə keçiriləcək danışıqların iştirakçıları və konkret gündəliyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə işgüzar səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. 

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью