Zelenski Türkiyəyə gedəcək Rusiya və ABŞ nümayəndələrilə görüşməyəcək

14.02.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcək.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski bunu Münhen Təhlükəsizlik Konfransında jurnalistlərlə söhbətində deyib.

Zelenski qeyd edib ki, bu səfərlər zamanı nə Rusiya, nə də ABŞ nümayəndələri ilə görüşləri olmayacaq. O, həmçinin bildirib ki, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla üç görüş planlaşdırıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью