Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna 2027-ci ildə Avropa İttifaqına (Aİ) qoşulmağı planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi teleqram səhifəsində bildirib.
"Ukraynanın Aİ-yə daxil olması təkcə bizim üçün yox, bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biridir. Çünki Avropanın ümumi gücü, həm də Ukraynanın təhlükəsizliyə, texnologiyaya və iqtisadiyyata verdiyi töhfə sayəsində mümkündür. Məhz buna görə biz konkret tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımız mövqeyimizin dəstəklənəcəyinə ümid edirik", - deyə o yazıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin