Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Report" xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında yazıb.
"Ukrayna və ABŞ müharibənin (Rusiya-Ukrayna – red.) başa çatdırılması planının bəndləri üzərində işləyəcəklər. Biz konstruktiv, dürüst və operativ işə hazırıq", – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski Driskolla Rusiya Silahlı Qüvvələrinin Ternopola endirdiyi genişmiqyaslı zərbə barədə məlumat verib. Bu hücum 27 nəfərin həyatına son qoyub:
"Ötən gün Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirmək üçün istifadə etdiyi "X-101" raketi 2025-ci ildə istehsal olunub. Onun tərkibində 175 xarici komponent var ki, hələ də sanksiyaları aşaraq Rusiyaya daxil olur. ABŞ-nin bütün bu sxemlərin məhdudlaşdırılmasında köməyinə ümid edirik. Nazir Driskola şirkətlər – kritik komponentlərin istehsalçıları, mənşə ölkələri və həmin detallar barədə konkret materiallar təqdim etdim".
O qeyd edib ki, Ukraynaya sülh lazımdır və ölkə ABŞ Prezidenti Donald Trampın, eləcə də onun komandasının Avropada təhlükəsizliyin bərpası istiqamətindəki səylərini yüksək qiymətləndirir.