Zelenski: Ukrayna ABŞ Rusiya görüşünün nəticələrini tanımır

17.02.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Hurriyyet.az "Ukrainform" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Moskva ilə Vaşinqtonun Səudiyyə Ərəbistanda aparacaqları danışıqların nəticələrini tanımadığını bildirib.
BƏƏ-də keçirilən mətbuat konfransı zamanı Zelenski Ukraynanın Rusiya ilə ABŞ-ın arasındakı danışıqlarda iştirak etmədiyini və onun nəticələrini tanımaq niyyətində olmadığını söyləyib.
Zelenski deyib: "Ukrayna iştirak etmir. Ukrayna bu barədə heç nə bilmirdi. Ukrayna olmadan Ukrayna barəsində danışıqların aparılmasını nəticəsin danışıqlar kimi qiymətləndiririk. Biz biz olmadan barəmizdə əldə edilən razılaşmaları tanıya bilmərik. Belə danışıqları tanımayacağıq".
Zelenski əlavə edib ki, onun bu yaxınlarda Səudiyyə Ərəbistanına edəcəyi səfər 18 fevral tarixli ABŞ-Rusiya görüşləri ilə əlaqədar deyil: "Bu görüşün ABŞ ilə Rusiyanın təmsilçiləri səviyyəsində Səudiyyə Ərəbistanında keçiriləcək görüşlə heç bir əlaqəsi yoxdur. Sözsüz ki, Səudiyyə Ərəbistanına səfər edəndə əlahəzrət şahzadə Məhəmməd bin Salmandan bu görüş barəsində bildiklərini soruşacağam. Sadəcə, maraqlıdır".
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью