Zelenski: Ukrayna, ABŞ və Rusiyanın üçtərəfli danışıqları noyabrın 10 da baş tuta bilər

28.10.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna, ABŞ və Rusiyanın Əbu-Dabidə üçtərəfli danışıqları noyabrın 10-da baş tuta bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "The Sun" qəzetinə müsahibəsində bildirib.

Zelenski Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının ABŞ-dakı aralıq seçkilərdən sonrakı günlərdə baş tutacağını qeyd edib.

Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 3 noyabrda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью