Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir

10.07.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Azərbaycan və Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atdığını açıqlayıb.

Modern.az xəbər verir ki, Ukrayna lideri bunun konkret layihə və istiqamətlərini açıqlamasa da bu sahədə prosesin sürətlə irəlilədiyini vurğulayıb.

“Azərbaycana və Türkiyəyə təşəkkür etmək istəyirəm. Biz həqiqətən də bu istiqamətdə işləməyə başlamışıq. Təfərrüatlara varmadan deyə bilərəm ki, kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə təşəkkür edirəm”, – deyə Volodimir Zelenski bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью