Zelenski: Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq

11.03.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq.

“Ölkə.az” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

Zelenski qeyd edib ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verəcək işçi sənədlər hazırlaya biləcək.

"Belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı buna inandırmalıdır", - Ukrayna lideri vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью