Zelenski: Ukrayna hər şeyi etməlidir

22.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, gələn il həlledici olacaq:

"Biz hər şeyi etməliyik ki, 2025-ci il Ukrayna üçün ədalətli sülh ili olsun".

Qeyd edək ki, daha əvvəl ABŞ-dəki prezident seçkilərində qalib gələn Donald Trampın Zelenskini müharibəni dayandırmağa çağırması barədə məlumat yayılıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью