Zelenski: “Ukrayna mövcud cəbhə xəttində dayanmağa və atəşkəsə hazırdır“

29.11.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna hazırkı cəbhə xətti boyunca atəşkəs elan etməyə və Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır".

Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

"Biz bu cür addımlara hazırıq - hazırda olduğumuz yerdə dayanmağa və qalmağa. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir", - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, bu, çox böyük güzəştdir.

"Biz başa düşürük ki, o (Rusiya Prezidenti Vladimir Putin - red.) torpaqlarımızdan çıxmaq istəmir. Məhz buna görə də deyirik: yaxşı, elə burada dayanaq və diplomatik danışıqlara keçək", - deyə Ukrayna Prezidenti əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью