Zelenski: Ukrayna NATO ya qəbul olunmasa, 1,5 milyonluq orduya sahib olmalıdır

14.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ukraynanı NATO-da görmək istəmirlərsə, bizim 1,5 milyon hərbçidən ibarət ordumuz olmalıdır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“NATO-da deyiliksə və ya hazırda NATO-da deyiliksə, bizim konkret sayda hərbçidən ibarət, qorumağa qadir olan ordumuz olmalıdır. Mən sizə sadəcə rəqəmləri deyirəm. Bu, 1,5 milyon nəfərlik ordu olmalıdır”, - o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu şəxsi heyət baxımından indi təxminən bunun yarısı qədərdir. O vurğulayıb ki, bunu nəzərə almaqla 1,5 milyonluq ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью