Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 27 sentyabr, AZƏRTAC
Bu həftə Ukrayna qüvvələri 10 min 660 rus əsgərini zərərsizləşdirib. Liman istiqamətində mühüm nəticələr var.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində məlumat verib.
Zelenski bildirib ki, Ukrayna ordusu Donetsk vilayətinin Liman yaşayış məntəqəsində mühüm nəticələr əldə edib.
Zelenskinin sözlərinə görə, ən gərgin döyüşlər Pokrovsk, Konstantinovski və Liman sektorları ərazilərində gedir. Tapşırıqlar Zaporojye, Xarkov və Sumı vilayətlərində də yerinə yetirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev