Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin silahlı qüvvələri arasında döyüş meydanında həlak olan əsgərlərin rəsmi sayını açıqlayıb.
Globalinfo.az o, bu barədə “France 2” telekanalına verdiyi müsahibədə məlumat verib.
Zelenskinin sözlərinə görə, həlak olan ukraynalı hərbçilərin rəsmi sayı 55 min nəfərdir. Prezident qeyd edib ki, bu rəqəm həm nizami orduda xidmət edən, həm də səfərbərlik yolu ilə cəlb olunmuş hərbçiləri əhatə edir.
Ukrayna lideri eyni zamanda vurğulayıb ki, açıqlanan statistikaya hazırda itkin düşmüş hesab edilən şəxslər daxil deyil. Onun sözlərinə görə, itkin düşənlərin sayı “çoxdur”.
Zelenski əlavə edib ki, itkilərlə bağlı məlumatlar rəsmi qeydlərə əsaslanır və müharibə şəraitində bu rəqəmlər dəqiqləşdirilməyə davam edir.
Tahir Turan
Globalinfo.az