Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib

07.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ordusu Rusiyanın endirdiyi zərbələrə ədalətli şəkildə cavab verməyə davam edir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O qeyd edib ki, Ryazan bölgəsində neft emalı zavoduna zərbə endirilib.

Zelenskinin sözlərinə görə, Perm bölgəsində və Tatarıstanda neft emalı müəssisələrinə, Kursk bölgəsində isə hücum dronlarının saxlanması və buraxılması üçün istifadə edilən ərazi hədəfə alınıb.

Ukrayna lideri Qara dənizdə də hədəflərin vurulduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью