Zelenski: Ukrayna Rusiya ilə dialoqun başqa formatlarını müzakirə etməyib

14.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kiyev, 14 may, AZƏRTAC

Kiyev indiyədək yalnız Ukrayna Prezidenti ilə Rusiya lideri Vladimir Putin arasında görüşü nəzərdən keçirib. Digər əlaqə formatları müzakirə olunmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, o, həm Rusiya, həm də ABŞ tərəfindən səslənən danışıqlar təkliflərinə reaksiya verib.

“Mən Putinlə görüşməyə hazıram. Hələ ki, başqa formatları işləməmişik və müzakirə etməmişik”, - deyə o, əlavə edib.

Prezident mümkün olacaq danışıqlarda tək olmayacağını bildirib. Həmçinin, Ukrayna mümkün danışıqlar çərçivəsində yalnız təklif olunanları nəzərdən keçirir.

Ukrayna mediası xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hələ də razılıq verməyib. Ukrayna ilə Rusiya arasında danışıqlar planlaşdırılır, lakin onların hansı səviyyədə aparılacağı məlum deyil.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью