Zelenski: Ukrayna üzrə danışıqlar çərçivəsində ABŞ da görüş keçirilə bilər

20.03.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ukrayna üzrə danışıqlar çərçivəsində ABŞ-da görüş keçirilə bilər.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi mövcud danışıqlar formatlarında işi davam etdirməyə hazır olduğunu bildirib.

“Danışıqlarda fasilə var idi, artıq onu başa çatdırmağın vaxtıdır. Ukrayna nümayəndə heyəti, danışıqlar qrupunun siyasi hissəsi artıq yoldadır və bu şənbə ABŞ-da görüş gözləyirik”, – deyə Zelenski qeyd edib.

Görüşün martın 21-də baş tutacağı ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью