Zelenski: Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir Xəbər saytı Son xəbərlər və Hadisələr

15.01.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib.

"Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik", - o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. Bu gün strateji təminatlar bunlardır: Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlük; Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью