Zelenski: Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır

05.03.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna və Avropa ədalətli, davamlı sülhə nail olmaq istiqamətində ilk addımlar üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial səhifəsində yazıb. "Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O, yaxın vaxtlarda hazır olacaq", - deyə Prezident qeyd edib.

Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var. Bu, Ukrayna və ABŞ-ın gələcək danışıqlar masasında olmalıdır. "Biz, həmçinin Ukraynadan ərzaq təşəbbüsümüzün həyata keçirilməsi barədə danışdıq. Sloveniya Suriya xalqını dəstəkləmək üçün səylərimizə qoşulur",- deyə Zelenski əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью