Zelenski Ukraynada Avropa kontingentinin yerləşdirilməsi ilə bağlı ilk təfərrüatları açıqlayıb

05.04.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa kontingentinin ölkəyə yerləşdirilməsinin ilk təfərrüatlarından danışıb.

Bu barədə Ukrayna lideri öz Telegram kanalında paylaşım edib.

"Təhlükəsizlik kontingentinin necə yerləşdirilə biləcəyi ilə bağlı ilkin təfərrüatlar var”, - o qeyd edib.

Zelenski Ukrayna tərəfinin tərəfdaş ölkələrin müdafiə qərargah rəisləri ilə bu məsələlərin müzakirə olunduğu görüşdən foto paylaşıb.

"Biz Ukraynada təhlükəsizlik təminatları üçün səylər göstəririk. Bu işdə bizə kömək edən bütün ölkələrə minnətdaram. Məhz bu cür birgə iş Ukraynada etibarlı və uzunmüddətli sülhü yaxınlaşdırmağa kömək edir", - o, əlavə edib.


//report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью