Zelenski Ukraynada çox vətəndaşlıq haqqında qanunu imzaladı

15.07.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski çox vətəndaşlıq haqqında qanunu imzalayıb.

Oxu.Az bu barədə Ukrayna Ali Radasının rəsmi saytına istinadla xəbər verir.

Qanunda deyilir ki, çox vətəndaşlıq şəxsin bir və ya daha çox dövlətin vətəndaşlığına eyni vaxtda mənsub olmasıdır.

Zelenski "Telegram" kanalında bildirib ki, sözügedən qanun bütün qitələrdəki milyonlarla ukraynalının, habelə taleyini Ukrayna ilə bağlamış digər xalqların nümayəndələri üçün daha çox real hüquqi əsasları yaratmağa imkan verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью