Zelenski: “Ukraynada NATO yaratmalıyıq” VİDEO

24.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əgər Kiyev Şimali Atlantika Alyansına üzv olmasa, o zaman Ukrayna öz NATO-sunu yaratmalıdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Support Ukraine" adlı konfransda deyib.
O, alyansı Avropada sülh və sakitliyə zəmanət vermək üçün sadə, ucuz, etibarlı bir yol və təhlükəsizlik zəmanətlərinin təmin edilməsi üçün effektiv sistem adlandırıb.
"Əgər Ukrayna üçün, xalqımız üçün NATO-ya üzvlük hələ də qapalı qalırsa, o zaman Ukraynada NATO qurmaqdan başqa çarəmiz yoxdur”.
O əlavə edib ki, Ukrayna bunu təkbaşına edə bilməyəcək və bu məsələdə Kiyevə kömək etməyə hazır olan əməkdaşlarına təşəkkür edib.
"Təhlükəsizlik zəmanətləri sülhün açarıdır. Onlar nə qədər etibarlı olsalar, sülh bir o qədər uzun sürəcək", - Ukrayna prezidenti deyib.
Qeyd edək ki, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi Moskvanın atəşkəsin pozulması və sülh danışıqlarının başlaması üçün şərtlərindən biridir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью