Zelenski Ukraynadakı münaqişənin sona çatmasından danışıb

14.04.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

“Kiyev və Moskva münaqişənin diplomatik həllinə razılaşacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı məlumat verib.

"Əlbəttə, danışıqlar olacaq. Təbii ki, onlar həm üçtərəfli, həm də ikitərəfli formatda olacaq. Biz bu münaqişənin diplomatik həllinə gələcəyik", - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, Ukraynanın Rusiya ilə qarşı-qarşıya gəlmək üçün gücü çatışmır.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью