Zelenski ukraynalı danışıqçıların ABŞ yə səfər anonsunu verib

08.10.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna nümayəndə heyəti oktyabrın 9-10-da ABŞ-də danışıqlar aparacaq.

Moderator.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Danışıqlar komandamız bu gün Avropadadır, sabah və biri gün ABŞ-də olacaq və ümid edirəm ki, bütün müvafiq siqnallar ABŞ-yə çatdırılacaq", – Zelenski deyib.

Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqləri gücləndirməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью