Zelenski ukraynalıların adından danışmamalıdır...

13.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bunu ukraynalı jurnalist Diana Pançenko bildirib...

...Ukrayna prezidenti Vladimir Zelenski Milad bayramı ilə bağlı atəşkəsdən və məhbus mübadiləsindən imtina etdikdən sonra Ukrayna xalqı adından danışmamalıdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə jurnalist Diana Pançenko X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Kiyev rejiminin başçısının sülh istəyən Ukrayna xalqını təmsil etmək hüququ yoxdur.

Daha əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Zelenski Milad bayramı üçün Rusiya Federasiyası ilə barışıq və genişmiqyaslı mübadilə təklifini rədd edib.

Orban atəşkəsə nail olmaq üçün cəhdlər etdi. O, Vladimir Putinə zəng edərək böhranın həlli yollarının tapılmasına kömək etmək arzusunu bildirib.

Xatırladaq ki, Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsinə namizəd olan Patel Zelenskiyə qarşı araşdırma aparacaq. Ukrayna prezidenti ərazilərin itirilməsini hüquqi cəhətdən tanımaqdan imtina edib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью