Zelenski: “Ukraynanın ATACMS raketləri var və onlardan istifadə edəcək”

19.11.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ukraynanın arsenalında ABŞ-ın uzaqmənzilli ATACMS ballistik raketləri var və onlardan Rusiyanın hərbi potensialını zəiflətmək üçün istifadə edəcək.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında deyib.

“Bağışlayın, lazımsız təfərrüatlara ehtiyac yoxdur. Ukraynanın uzaq mənzilli imkanları var. Ukraynanın özünün uzaq mənzilli dronları var. İndi bizdə "Neptun" da var və o birdən çoxdur. İndi bizdə ATACMS da var və biz bütün bunlardan istifadə edəcəyik”, - deyə Zelenski vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью