Zelenski Ukraynanın bu ölkədəki səfirini dəyişməyi planlaşdırır

11.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ səfiri Oksana Markarovanı əvəz etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Mənbənin sözlərinə görə, Zelenski Vaşinqtonda Ukrayna səfiri vəzifəsinə namizədlər üzərində işləyir. Buna baxmayaraq, Kiyev ABŞ səfirinin dəyişdirilməsi planlarını rəsmi şəkildə şərh etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью