Zelenski Ukraynanın danışıqlar üçün nümayəndə heyətini genişləndirdi

23.07.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin sayını 12 nəfərdən 14 nəfərə qədər artırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenskinin saytında dərc olunan fərmanda bildirilib.

Fərmana əsasən, nümayəndə heyətinə ombudsmanın nümayəndəsi və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının daha bir nümayəndəsi əlavə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью