Zelenski Ukraynanın NATO ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb

16.01.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünə qarşı çıxan dövlətlərin adını açıqlayıb.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında deyib.

V.Zelenski söyləyib ki, ABŞ, Macarıstan, Slovakiya və Almaniya Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxdılar:

“Bu məlumat artıq sirr deyil. Adı çəkilən dörd ölkə bizi NATO-da görmək istəmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью