Zelenski Ukraynanın resurslarını Trampa verməkdən imtina etsə də, tərəfdaşlıq təklif edib

08.02.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna öz resurslarını ABŞ-yə və ya digər Qərb tərəfdaşlarına verməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” agentliyinə müsahibəsində bildirib.

“Bu çox zəngin torpaqdır. Lakin bu o demək deyil ki, biz onu kiməsə, hətta strateji tərəfdaşlara verəcəyik. Biz tərəfdaşlıqdan danışırıq”, – o deyib.

V. Zelenskinin sözlərinə görə, Kiyev Vaşinqtona öz faydalı qazıntı yataqlarını verməyi deyil, onların birgə işlənməsi üzrə qarşılıqlı faydalı əməkdaşlıq aparmağı təklif edir.

“Ən çox amerikalılar kömək ediblər və buna görə də ən çox amerikalılar qazanmalıdırlar. Və onlarda bu prioritet olmalıdır və olacaq”, – Zelenski söyləyib və əlavə edib ki, bu barədə ABŞ Prezidenti Donald Trampla danışmaq istərdi.

Xatırladaq ki, fevralın 3-də Amerika lideri Vaşinqtonun Kiyevdən nadir torpaq metalları əldə etməkdə maraqlı olduğunu açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью