Zelenski Ukraynanın Rusiya aktivləri olmadan qala bilməyəcəyini deyib

16.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın dondurulmuş Rusiya aktivləri olmadan mübarizəni davam etdirə bilməyəcəyini bildirib.

APA xəbər verir ki, Zelenski bu barədə “Sky News“a müsahibəsi zamanı danışıb.

O, Kiyevin maliyyə ehtiyaclarını təkbaşına ödəyə bilmədiyini və xarici dəstəyə ehtiyac duyduğunu vurğulayıb.

"Bu dəstək olmadan ayaqda qalmağın heç bir yolunu görmürəm", - Zelenski bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью