Zelenski Ukraynanın Rusiyaya qarşı planını açıqladı

27.10.2025

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ukrayna Prezidenti Volodimir Zelenskinin sədrliyi ilə keçirilən Ali Hərbi Komandanlığın iclasında Rusiyaya qarşı uzaqmənzilli hücumların coğrafiyasının genişləndirilməsi müzakirə edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı özü "Telegram"da məlumat yayıb.

Prezidentin sözlərinə görə, iclasda silah istehsalçıları və hücumlara görə məsuliyyət daşıyan bütün şəxslər iştirak ediblər.

"Biz müəyyən bir müddət ərzində uzaqmənzilli hücumlarımızın effektivliyini və əldə edilən nəticələri təhlil etdik. Rusiyanın neft emalı sənayesi artıq müharibə üçün əhəmiyyətli bir əvəz ödəyir və daha da çox ödəyəcək. Biz uzaqmənzilli hücumlarımızın coğrafi əhatə dairəsini genişləndirmək üçün vəzifələr müəyyən etdik", - deyə dövlət başçısı vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью