Zelenski Ukraynanın şiddətli şəkildə atəşə tutulmasına münasibət bildirib

31.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Rusiyanın Ukraynaya endirdiyi zərbələrin coğrafiyası və vəhşiliyi hər gün və hər gecə Putinin diplomatiyaya əhəmiyyət vermədiyini nümayiş etdirir”.

APA “Unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində deyib.

Onun sözlərinə görə, təkcə bu gün Çerkassı, Xerson, Donetsk, Zaporojye, Dnepropetrovsk, Sumı və Xarkov vilayətləri PUA-lardan, artilleriyadan və idarə olunan aviabombalardan hücuma məruz qalıb.

Prezident qeyd edib ki, Rusiya onun döyüş qabiliyyətini qıra biləcək bütün sərt addımlara layiqdir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью