Zelenski: Ukraynanın uzaqmənzilli əməliyyatlar planına dəyişiklik edilib

27.11.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsi, Müdafiə Nazirliyi, hərbçilər və Ukrayna Təhlükəsizlik Xidməti ilə Rusiyanın hücumlarına cavab olaraq uzaqmənzilli zərbələri müzakirə edib.

Bu barədə V.Zelenski Ali Baş Komandan Qərargahının iclasının yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, Rusiyanın hərbi müəssisələrinin fəaliyyətini və bu ölkədəki ayrı-ayrı iqtisadi prosesləri daha da ləngitmək üçün əməliyyat planına dəyişikliklər edilib.

V.Zelenski həmçinin Ukrayna Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanları ilə ölkə xaricində neytral sularda əməliyyatlar aparılarkən tərəfdaşlarla koordinasiya üzrə əlavə tədbirləri müzakirə etdiyini bildirib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью