Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir.
“AzPolitika” xəbər verir ki, bu barədə UNİAN öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbə qeyd edib ki, "Dövlət başçısı Volodimir Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməlidir".
Eyni zamanda, keçmiş daxili işlər naziri İqor Klimenkonun Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi vəzifəsində əvəz edəcəyi gözlənilir.
Xatırladaq ki, Umerov bir müddət Müdafiə naziri postunu da tutub.
“AzPolitika.info”