Zelenski Vaşinqtona çağırış edib

04.02.2026

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Ukrayna Prezidenti ABŞ-ı sanksiyalar təşəbbüsünün nəzərdən keçirilməsini sürətləndirməyə çağırıb

“ABŞ Konqresində Rusiyaya qarşı sanksiyalar təşəbbüsü var. İndi onu qəbul etmək üçün ən yaxşı vaxtdır”. AYNA.AZ bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski bunu sosial media hesabında yazıb.

Ukrayna liderinin sözlərinə görə, “güclü sanksiyalar diplomatik səyləri dəstəkləyə və istənilən nəticəni təmin edə bilər”.

"Dünyada hər kəs Moskvanın sözləri və xahişləri qulaqardına vurulduğunu və adekvat cavab vermədiyini görür. Amerika diplomatiyaya bu qədər vaxt və səy sərf etsə də, Rusiya yalnız raketlərinə və dronlarına investisiya qoymağa davam edir. Amerikalı tərəfdaşlarımızın bir həftəlik təxirə salmaq istəklərinə baxmayaraq, atəş açmağa davam edir", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью