Статья не опубликована
Zelenski Vaşinqtonun Rammstein görüşünü buraxa biləcəyini açıqlayıb | Icma.az

Zelenski Vaşinqtonun Rammstein görüşünü buraxa biləcəyini açıqlayıb

08.04.2025

Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ nümayəndələri Ukrayna üzrə növbəti Rammstein görüşündə iştirak etməyə bilər.

Bu barədə Ukrayna lideri Volodimir Zelenski aprelin 8-də keçirdiyi brifinqdə bildirib.

"Britaniya və Almaniya bizə ABŞ-nin iştirak edə bilməyəcəyinə dair siqnal göndərdilər. Amerikalılarla müzakirə edəcəyimiz bir şey var və biz onların mövqelərini dəyişəcəklərinə inanacağıq", - deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, görüşdə Ukraynaya əlavə hərbi yardımın göstərilməsi müzakirə olunacaq.

Mövsüm

Aznews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью