Zelenski və Ərdoğan sabah Avropa liderləri ilə Albaniyada görüşəcək

15.05.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna prezidenti Volodimir Zelenski sabah Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılacaq.

Sfera.az xəbər verir ki, bu barədə Zelenski Ankarada keçirilən brifinq zamanı məlumat verib.

Prezidentin sözlərinə görə, görüş əvvəlcədən planlaşdırılıb və yüksək səviyyədə təşkil olunub.

“Orada 40-dan çox lider iştirak edəcək. Bu, yaxın vaxtlar üçün qısa planlarımızdan biridir”, – deyə Zelenski bildirib. (Musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью