Zelenski və ətrafı BMT də rus dilində danışır Zaxarova

30.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin və onun ətrafındakı şəxslərin BMT-nin mənzil-qərargahında bir-biri ilə rus dilində danışdığını bildirib.

Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə keçirdiyi brifinqdə danışıb.

Diplomat Ukraynada vətəndaşların rus dilindən istifadəsinin məhdudlaşdırılmasına çalışıldığını iddia edib.

“Zelenskinin özü və onun ətrafındakılar, əlbəttə ki, rus dilində danışmağa davam edirlər. Biz bunu yaxın zamanda BMT-nin mənzil-qərargahında da müşahidə etdik”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının iclasları zamanı Ukrayna nümayəndə heyətinin üzvləri Rusiya nümayəndələrinin çıxışları zamanı qulaqcıq taxaraq rus dilini bilmirmiş kimi davranırlar.

“Qulaqcıqları taxırlar, eyni zamanda öz aralarında sakit şəkildə rus dilində danışırlar”, – Zaxarova qeyd edib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью