Moderator.az saytına istinadən Icma.az xəbər verir. "Slovakiya və Macarıstan Rusiyanın yanacaq ixracatından hələ də imtina etməyib..." Senty
Tərəflər münasibətlərin dostluq ruhunda davam etdiyini vurğulasa da, bir sıra mövzularda ciddi fikir ayrılıqları özünü göstərib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Dostluq və ziddiyyətlər Zelenski enerji asılılığı məsələsində Slovakiyanı Rusiya neftindən imtina etməyə çağırıb və qeyd edib ki, "Rusiya nefti və qazının Avropada gələcəyi yoxdur".
Fitso isə açıq şəkildə bildirib ki, Slovakiya Ukraynaya təhlükəsizlik zəmanətləri verən ölkələr arasında olmayacaq.
Bununla belə, o, Kiyevə Slovakiyanın Avropa İttifaqına üzvlük yolundakı təcrübəsini bölüşməyi təklif edib və "Biz bu yolda bir sıra fəlakətli səhvlərə yol verdik, istəyirəm ki, siz onları təkrarlamayasınız" deyib.
Enerji düyünü və Putinin təzyiqi Ukrayna tərəfi Slovakiyaya alternativ yanacaq marşrutlarını təklif etsə də, Bratislava hələ də Moskva ilə sıx enerji əlaqələrini qoruyur.
Slovakiya və Macarıstan gündəlik yüz minlərlə barel Rusiya neftini idxal edir, qaz asılılığı isə daha yüksəkdir.