Zelenski və Makronun görüşü müzakirələrə səbəb oldu

22.09.2026

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makronun Nyu-Yorkda keçirilən görüşü diqqət çəkib.

Doğru.az xəbər verir ki, irlandiyalı jurnalist Çey Bowes görüş zamanı iki liderin gülümsəməsini tənqid edib.

Jurnalist sosial media hesabında görüşün mövzusunun müharibə və insan itkiləri olduğunu qeyd edərək, onların gülümsəməsinə istehza ilə münasibət bildirib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Zelenski və Makronun BMT Baş Assambleyasından əvvəl Nyu-Yorkda keçirilən görüşündən yayılan fotolara münasibət bildirib.

Görüşdən yayılan görüntülər sosial şəbəkələrdə də müzakirə olunub.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью