Zelenski və Putinin bir birini sevməməsi vəziyyəti daha da çətinləşdirir Tramp

17.06.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və onun rusiyalı həmkarı Vladimir Putinlə son təmaslarını yüksək qiymətləndirdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, Ukrayna və Rusiya liderləri ilə çox yaxşı danışıqlar apardığını deyib.

“Bu müharibənin bitməsini görmək istərdik. Mən səkkiz müharibəyə son qoymuşam, açığı, bunun ən asan müharibələrdən biri olacağını düşünürdüm, amma onlar bir-birini o qədər də sevmirlər. Bu, işləri daha da çətinləşdirir”, – Ağ Ev rəhbəri qeyd edib.

Donald Tramp əlavə edib ki, Volodimir Zelenski və Vladimir Putinlə ayrı-ayrılıqda yaxşı söhbət edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью