Zelenski və Rutte Kiyevdə həlak olan ukraynalı əsgərlərin xatirəsini yad edib

03.06.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski, NATO-nun baş katibi Mark Rutte və Alyansa üzv ölkələrin nümayəndələri Kiyevdə yerləşən Xatirə Divarını ziyarət edərək həlak olan ukraynalı hərbçilərin xatirəsini ehtiramla anıblar.

Turkustan.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkə hesabında paylaşım edib.

Ukrayna lideri bildirib ki, NATO Şimali Atlantika Şurasının Kiyevə səfəri məhz Xatirə Divarında həlak olmuş ukraynalı əsgərlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

“NATO Şimali Atlantika Şurasının Ukraynaya səfərinə Xatirə Divarında həlak olan ukraynalı əsgərlərin xatirəsini yad etməklə başladıq”, – deyə Zelenski qeyd edib.

Səfər NATO ilə Ukrayna arasında əməkdaşlığın gücləndirilməsi və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью