Zelenski və Starmer telefonla DANIŞDILAR XÜLASƏ Yeni Çağ Media | Icma.az
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi, xüsusilə Ukraynanın silah istehsalına dəstək və Ukrayna ordusunun təlimi mövzularını müzakirə edib.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin bəyanatında yer alıb.
Zelenski bildirib ki, noyabrın 23-də də Starmer ilə əhatəli və mənalı bir telefon söhbəti baş tutub.
“Biz əməkdaşlığımızın əsas mövzuları üzrə müzakirələr apardıq.
Bunlara Ukraynanın silah istehsalına dəstək, Ukrayna ordusunun təlimi, Rusiyanın kölgə tanker donanmasına qarşı sanksiyalar və Estoniyada keçirilən JEF (Birgə Ekspedisiya Qüvvələri) sammiti daxildir”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin ölkəsinin JEF ilə əməkdaşlığı genişləndirmək və təşkilata tamhüquqlu üzv olmaq istəyini vurğulayıb.
“Biz həmçinin dövlətlərimiz arasında 100 illik tərəfdaşlıq haqqında sazişin hazırlanması məsələsini müzakirə etdik.
Tam oxu
Xəbəri oxu