Zelenski və Starmer yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıblar

16.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Vladimir Zelenski və Kiyevdə səfərdə olan Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna və Böyük Britaniya arasında 100 illik ortaqlıq haqqında saziş imzalayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi məlumat verib.

“Biz ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə çatdırmışıq, bu, strateji əlaqələrdən daha çox şeydir. Yüzillik tərəfdaşlıq müqaviləsi imzaladıq”, - deyə Zelenski bildirib.

Qeyd olunur ki, bu sənəd müdafiə sektorunda ikitərəfli əlaqələri dərinləşdirəcək və bundan əlavə, Kiyevə gələcək hərbi yardımı nəzərdə tutur. Müqavilənin təfərrüatları barədə məlumat verilməyib.

Bundan əvvəl “Financial Times” xəbər vermişdi ki, Starmer Kiyevə səfəri zamanı Ukraynaya 40 milyon funt sterlinq (48 milyon dollardan çox) yardım ayrılacağını elan edə bilər. Bundan əlavə, tərəflərin Böyük Britaniyaya Ukrayna ərazisində faydalı qazıntıların çıxarılmasına və iki ölkə arasında dəniz əməkdaşlığının gücləndirilməsinə imkan verəcək saziş bağlayacağı bildirilib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью