Zelenski və Tramp arasında telefon danışığı olub

07.11.2024

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub. 

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “X” hesabında məlumat yayıb.

"Trampla aramızda telefon danışığı oldu, onu tarixi və inamlı qələbəsi münasibətilə təbrik etdim", - deyə Zelenski vurğulayıb.

O, əlavə edib ki, Trampla birlikdə ölkələr arasında sıx dialoqu davam etdirməyə və əməkdaşlığı inkişaf etdirməyə razılaşıblar.

“Güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli sülh üçün həyati önəm daşıyır”, - deyə Ukrayna lideri bildirib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью