Zelenski və Tramp Müqəddəs Pyotr bazilikasında danışıblar

26.04.2025

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Vladimir Zelenski və Donald Tramp fevralda Ağ Evin Oval kabinetində mübahisə etdikdən sonra ilk dəfə görüşüblər. Onların mətbuat xidmətlərinin məlumatına görə, aprelin 26-da səhər saatlarında Ukrayna və ABŞ prezidentləri Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikasında “çox məhsuldar” görüş keçiriblər və burada hər iki lider Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün gəliblər.

Onların təkbətək söhbətinin fotosunu Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak dərc edib. Görüş təxminən 15 dəqiqə davam edib. Bəzi məqamlarda onlara Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer də qoşulub.

Tramp və Zelenski şənbə günü danışıqları davam etdirmək barədə razılığa gəliblər.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью