Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, danışıqların əsas mövzularından biri ABŞ-nin Ukraynada dağ-mədən sənayesinin inkişafında iştirakını nəzərdə tutan faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması olacaq.
Bundan əlavə, təhlükəsizlik və Ukrayna ilə Rusiya arasında hərbi münaqişənin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir.